Qlobal Bakı Forumu çərçivəsində "COVID-19-dan sonra yeni dünya nizamı" mövzusunda panel keçirilib - FOTO

Qlobal Bakı Forumu çərçivəsində "COVID-19-dan sonra  yeni dünya nizami" mövzusunda panel

© APA | Qlobal Bakı Forumu çərçivəsində "COVID-19-dan sonra  yeni dünya nizami" mövzusunda panel

# 04 noyabr 2021 14:56 (UTC +04:00)

Bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində "COVİD-19-dan sonra yeni dünya nizamı" mövzusunda panel keçirilib.

APA-nın məlumatına görə, panelin moderatoru Belçikanın keçmiş Baş naziri (2008, 2009-2011) Yves Leterme deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb, münaqişədən sonrakı durum müzakirə olunur.

Yves Leterme Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışında çıxışında bu barədə geniş məlumat verdiyini xatırladıb: “Eyni zamanda, COVID-19-dan sonra yeni dünya nizami formalaşır”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sabiq sədri Volkan Bozkır nəzərə çatdırıb kt, BMT Təhlükəsizlik Şurasının üzvlərinin veto hüququ var: “Təhlükəsizlik Şurasında islahatlar vacibdir. BMT Təhlükəsizlik Şurası hər şeyə veto qoyursa, bu, BMT-nin uğuru deyil. Ona görə də insanlar başqa platformalara üz tutur. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının əməkdaşlığı önəmlidir. Təhlükəsilzlik Şurası Fələstin, Myanma ilə bağlı məsələlərə veto qoydu, BMT Baş Assambleyası bəyanat qəbul etdi”.

V. Bozkır hesab edir ki, COVID-19-a qarşı vaksinin istehsalı uğur, amma onun paylanması faciədir: “Bəzi ölkələrdə peyvəndlənmə hələ başlanılmayıb”.

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım isə nəzərə çatdırıb ki, BMT-yə inam itib: “Əgər qətnamə qəbul edirsinizsə, qətnamə icra olunmursa, BMT-yə inam itir. COVID-19-dan sonra dünya daha çox əməkdaşlığa can atmalıdır”.

Latviyanın keçmiş prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa bildirib ki, BMT Təhlükəsizlik Şurasında 193 ölkədən 5-i təmsil olunub: “BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının müəyyən səlahiyyətlərini yerinə yetirə bilər. Avropa İttifaqına da toxunmaq istəyirəm. BMT üzv dövlətlərin çağırışına cavab verməlidir. Avropa İttifaqında kiçik ölkələrin də səsi eşidilməlidir”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa qeyd edib ki, dünyanın bir sıra bölgələrində təbii ehtiyatlar tükənir, yeni təbii ehtiyatların aşkarlanması isə insan kapitalı ilə bağlıdır: “Avropa ədalətli ənənələrinə söykənərək yeni nailiyyətlərə imza atmalıdır, əks halda dünyada mövqeyini itirəcək”.

Nobel Sülh Mükafatı Laueratı (2015) Ouided Bouchamaoui inkişaf etməkdə olan Hindistan, Braziliya və Türkiyə kimi ölkələrə diqqət yetirilməli olduğunu vurğulayıb: “Dünyanın yenidən nizamlanmasına bu ölkələri cəlb etməyin yollarını tapmalıyıq. Digər tərəfdən, biz hər bir sahədə qadınlara daha çox yer ayırmalıyıq. Qadınlar dünyada əhalinin yarısını təşkil edirsə, qadınlarla birgə problemlərin həlli yolu tapılmalıdır”.

Tədbirdə videokonfrans formatında qoşulan Çin Xalq Xarici Əlaqələr İnstitutunun sədri Vanq Çao hesab edir ki, daha çox vətəndaş cəmiyyətinin inkişafına töhfə verilməlidir: “Biz pandemiyadan sonra dünya nizamı barədə düşünməliyik. Tədarük zəncirinin pozulması təhlükəlidir. Çoxqütblü dünyada problemlərin həlli bütün səylərin birləşdirilməsi ilə mümkün olacaq. BMT-nin Nizamnaməsində əksini tapan prinsiplər problemlərin həllində əsas götürülməlidir. Hamı soruşur ki, yeni dünya nizamında Çin nə edəcək? Çin sülhə, quruculuğa töhfələr verəcək. Çin çoxqütblü dünyaya sadiq olacaq, məsuliyyətli olacaq. BMT beynəlxalq münasibətlər sisteminin əsasıdır. Hesab etmirəm ki, hansısa təşkilat BMT-ni əvəzləyə bilər. BMT-də müşahidə olunan çatışmazlıqlar islahatlar yolu ilə aradan qaldırıla bilər. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının səlahiyyətləri artırılmalıdır. Bələk də inkişaf etməkdə olan ölkələr daha çox BMT Təhlükəsizlik Şurasının üzvləri olmalıdır. Təhlükəsizlik Şurası güclü dövlətlərin klubuna çevrilməməlidir”.

2001-2011-ci illərdə Ərəb Liqasının Baş Katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmr Musa bildirib ki, iqlim dəyişiklikləri və pandemiya yeni ciddi təhdidlərdir: “Bu baxımdan biz malik olduğumuz imkanlardan yararlanmalıyıq. Məsələn, BMT Təhlükəsizlik Şurasının pandemiya və iqlim dəyişikliyə ilə bağlı qətnamələri vetoya məruz qalmamalıdır. Biz Təhküəsizlik Şurasına üzv dövlətlərə bununla bağlı müraciət etməliyik. Çin də böyük fövqəldövlət olaraq proseslərə töhfə verməlidir”.

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım hazırda dünyada əməkdaşldığın daha çox təşviq edilməli olduğunu vurğulayıb: “Biz əməkdaşlıq etməklə dünya nizamında yerimizi görə bilməliyik. Millətçilikdən çox qloballaşmaılyıq. Biz ötən 5 ildə 5 milyon qaçqının həyatını xilas etdik. Hamı birgə səylər göstrərməlidir. Bu baxımdan BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasını təmin etməlidir. Təhlükəsizlik Şurasında Afrika, Yaxın Şərq ölkələrinin iştirakı güclənməlidir”.

Nobel Sülh Mükafatı Laueratı (2015) Ouided Bouchamaoui Afrikanın gələcəyini birlikdə necə qurmaq barədə düşünməli olduqlarını vurğulayıb: “Afrikanın 1 milyarddan çox əhalisi var, bu, böyük bir bazardır. Çin hazırda daha çox Afrikada təmsil olunur. Çinin dövlət və özəl şirkətləri Afrikada infrastruktur layihələri həyata keçirir. Çin Afrikada böyük potensial olduğunu anlayıb. Çin Afrika üçün böyük bir səhmdardır. Afrika əhalisinin mentalitetini öyrənərək bilirlər ki, Afrika ilə necə münasibət qura bilərlər. Afrikada ölkələri xammal ixracatçısından daha çox istehsalçıya çevrilməlidir. Yüksək təhsil səviyyəsi və şəffaflıq olarsa, Afrika ölkələri daha çox inkişaf edər. Afrika ölkələrində problemlərin ən əsası siyasi problemlərdir, ölkələr arasında gərginliklər var”.

Panelin moderatoru Belçikanın keçmiş Baş naziri (2008, 2009-2011) Yves Leterme deyib ki, müzakirələr göstərir ki, İkinci Dünya Müharibəsindən sonra yaradılan BMT modernləşməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR