Ramil Usubov Moskvada MDB Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edir

Ramil Usubov Moskvada MDB Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edir
# 17 noyabr 2021 11:15 (UTC +04:00)

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin növbəti iclası keçirilir.

APA-nın Moskva müxbirinin Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti aparatına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edir.

“Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin doqquzuncu iclası keçirilir. İclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər üzv ölkələrin Təhlükəsizlik şuralarının katibləri iştirak edirlər”, - məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR