Robert Sekuta: “Azərbaycan və Ermənistan arasında sülh yaranmasını istəyirik” - VİDEO

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta

© APA | ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta

# 22 may 2021 17:09 (UTC +04:00)

“Bura gəlişimiz çox maraqlı oldu. Ağdamın yenidən tikilməsi, rekonstruksiyası və bütün proseslərin başa çatmasını böyük səbirsizliklə gözləyirəm”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin tərkibində Ağdama səfərin yekunları barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

O bildirib ki, bura gəlməzdən əvvəl ona dağıntıdan bəhs ediblər: “Lakin bura gəldikdən sonra dağıntının miqyasının geniş olduğunu gördüm. Bu, adamı daha da heyrətləndirir, buna baxmayaraq, ümidlər var. Bir neçə gün əvvəl təsadüfən Nizami Gəncəvi Mərkəzində Prezident İlham Əliyevlə bir yerdə olduq və onunla danışığımda ABŞ Azərbaycanla Ermənistan arasında necə sülh yarada bilər və onu necə inkişaf etdirmək haqqında bir neçə sual verdim. Bu, bir az vaxt alacaq. Bu iş səbir tələb edir, lakin istəyirik ki, Azərbaycan və Ermənistan xalqları arasında onların layiq olduğu sülh yaransın və qalsın”.

Keçmiş səfir gələcəyə çox böyük ümidlərinin olduğunu bildirib: “İstəyirəm ki, yenə bura gələk və ABŞ olaraq hər iki xalq arasında sülh yaradaq. Biz bunu dünyanın başqa yerlərində də eləmişik. Düşünürük ki, burada oynadığımız rol çox vacib və yaxşı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR