Rumıniya, Avstriya və Litva xarici işlər nazirləri Azərbaycanda görüşlər keçirəcəklər - FOTO

Rumıniya, Avstriya və Litva xarici işlər nazirləri Azərbaycanda görüşlər keçirəcəklər - <span class="red_color">FOTO
# 24 iyun 2021 21:04 (UTC +04:00)

Rumıniya, Avstriya və Litva xarici işlər nazirləri Azərbaycana yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku "Twitter"də bildirib.

"Aİ-nin regionla bağlı müsbət gündəliyini möhkəmləndirmək, həmrəylik və sadiqliyini sübut etməkdə qərarlıyıq", - deyə rumıniyalı nazir qeyd edib.

Rumıniya XİN başçısı ilə yanaşı Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis də regiona səfər edir. Onlar iyunun 25-26-da Azərbaycan, Ermənistan və Gürcüstanda yüksək səviyyəli görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR