Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri Azərbaycana səfər edəcək 

Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri Azərbaycana səfər edəcək 
# 22 iyun 2021 08:39 (UTC +04:00)

Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri Azərbaycana səfər edəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rumıniya XİN başçısı Boqdan Auresku özünün "Twitter" hesabında paylaşım edib.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin mandatı əsasında sözügedən ölkələrin XİN başçıları iyunun 24-26-da Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR