Rumıniyanın xarici işlər naziri: "Ümid edirik ki, Aİ-Azərbaycan sazişi tezliklə tamamlanacaq"

Rumıniyanın xarici işlər naziri: "Ümid edirik ki, Aİ-Azərbaycan sazişi tezliklə tamamlanacaq"
# 26 iyun 2021 18:23 (UTC +04:00)

"Ümid edirik ki, Azərbaycan-Aİ arasında yeni saziş bu ilin sonunadək tamamlanacaq".

APA-nın xəbərinə görə, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Avstriya və Litva XİN başçıları ilə Cənubi Qafqaz regionuna səfərinin yekunu ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan rəhbərliyi ilə görüşdə Cənubi Qafqaz regionun sabitliyi və rifahında Azərbaycanın vacib rolu vurğulanıb: “Biz ümid edirik ki, hazırda danışıqlar mərhələsində olan Aİ-Azərbaycan Sazişi tezliklə tamamlanacaq. Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdıq ki, yeni sazişlə bağlı danışıqlar tezliklə bərpa olunsun. Ümid edirik ki, yeni saziş bu ilin sonundək tamamlanacaq", nazir bildirib.

Qarabağ münaqişəsinə toxunan Rumıniya XİN başçısı həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə ətraflı danışıqların aparıldığını deyib: “Biz inamın yenidən yaranması üçün konstruktiv ruhda danışıqların getməsi, bütün saxlanılanların buraxılması və bütün mina xəritələrinin verilməsi kimi addımların atılmasına çağırış etdik. Aİ bu humanitar addımların atılmasını dəstəkləyir və bu istiqamətdə kömək etməyə hazırdır. Dayanıqlı və davamlı sülh üçün Aİ tərəflərin istəyi ilə hər cür dəstəyi verməyə hazırdır. Görüşlərimizdə mən hər iki xalqın barışığının vacibliyi vurğuladım. Təbii ki, bu elə bir prosesdir ki, zaman alacaq, səylər göstərmək lazım olacaq. Lakin başqa seçim yoxdur. Biz görüşlərimizdə dayanıqlı həllin bir çox komponentlərini müzakirə etdik, lakin bununla bağlı detallar verə bilməyəcəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR