Rusiya AŞPA-da Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinə dair hesabatın səsverməsində iştirak etməyib

Rusiya XİN

© APA | Rusiya XİN

# 30 sentyabr 2021 17:03 (UTC +04:00)

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabat qəbul edilən zaman səsvermədə iştirak etməyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, AŞPA-da məlum sənədin müzakirəsi zamanı Rusiya nümayəndə heyətinə Azərbaycan və Ermənistan tərəfindən müraciətlər daxil olub.

“Rusiyanın vasitəçi rolu nəzərə alınaraq AŞPA-dakı nümayəndə heyətimiz sənədin səsvermə prosesində iştirak etməyib. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan və Ermənistan sərhədinin ayrı-ayrı məntəqələrində baş verən insidentlərlə bağlı problemin dayanıqlı və uzunmüddətli həlli yolu iki ölkə arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı komissiyanın yaradılmasıdır. Rusiya tərəfindən danışıqlar prosesinə başlanılması ilə bağlı təkliflər Bakı və İrəvana təqdim olunub. Tərəfdaşlarımızın reaksiyasını gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR