Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada görüşəcək

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada görüşəcək
# 26 noyabr 2021 21:48 (UTC +04:00)

“Biz bu gün çox konstruktiv işlədik. Bu, bu gün mövcud vəziyyətin dərin analizi idi”.

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Razılaşdığımız bir sıra məsələlərlə bağlı qeyd etmək istəyirəm. Bu, əsas məsələlər sayılır. Onlardan birincisi bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasındakı sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı mexanizmlərdir. Razılaşdıq ki, bu ilin sonuna kimi bu mexanizmləri yaradaq. Ümid edirəm ki, bu, tez bir zamanda baş verəcək. Bu mexanizmlərin yaradılmasına heç bir maneə yoxdur.

İkinci məsələ isə, həssas olan humanitar xarakterli məsələdir. Burada da biz nəzərəçarpacaq dərəcədə irəli getdik. Və nəhayət üçüncü məsələ, biz iqtisadi xarakterli məsələlərlə bağlı, iqtisadi əlaqələrin inkişafı və hər şeydən öncə ilk addım kimi nəqliyyat dəhlizlərin açılmasını barədə ətraflı danışdıq. Bura dəmiryolları, avtomobil nəqliyyatı aiddir. Düşünürəm ki, burada bizim baş nazirin müavinlərinə təşəkkür etməliyik, hansılar ki, olduqca uzun müddətidir ki, bu məsələ üzərində işləyirlər. Gələn həftə onlar bizim növbəti razılığımız əsasında bır sıra yekun nəticəyə gəlmək və bu gün razılaşdığımız qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bir daha bugünki işə görə Azərbaycan prezidentinə və Ermənistan baş nazirinə təşəkkürümü bildirirəm”, deyə Rusiya prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR