Rusiya Baş naziri: "İqtisadi, kommunikasiya, nəqliyyat əlaqələrinin açılması bütün Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab verir"

Mixail Mişustin

© APA | Mixail Mişustin

# 20 may 2021 14:36 (UTC +04:00)

“Rusiya, Azərbaycan və Ermənistan arasında 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat regionun kompleks inkişafı üçün imkanlar açıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə çıxışında bildirib.

“Əminəm ki, iqtisadi, kommunikasiya, nəqliyyat əlaqələrinin açılması, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün ölkələrinin maraqlarına cavab verir”, - deyə Rusiya hökumətinin sədri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR