Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin kompleks sağlamlaşdırılmasının tərəfdarıdır

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 19 avqust 2021 17:33 (UTC +04:00)

“Cənubi Qafqazdakı vəziyyət hər zaman Rusiyanın diqqət mərkəzindədir. Əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli razılaşmasının həyata keçirilməsi sözsüz prioritetdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Bakı və İrəvanla yüksək və ali səviyyədə təmasların müntəzəm davam etdiyini söyləyib.

M. Zaxarova Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin kompleks sağlamlaşmasının tərəfdarı olduğunu vurğulayıb.

M. Zaxarova bildirib ki, ümumilikdə, Bakı və İrəvanda Rusiya sülhməramlı kontingentinin Qarabağda stabilləşdirici rolunu yüksək qiymətləndirirlər: “Bizim sülhməramlıların sayəsində regionda vəziyyət yaxşılaşıb. Vəziyyət nisbi sakit olaraq qalır. Ayrı-ayrı insidentlərin qarşısını operativ şəkildə işgüzar qaydada almağa nail olunur. Bu insidentlərin yaranma səbəbi, sözsüz ki, Bakı və İrəvan arasında inamın olmamasıdır. Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə sağlamlaşdırılmasının tərəfdarıdır. Əlbəttə ki, biz bu mövqeyimizi həm Bakının, həm də İrəvanın diqqətinə çatdırırıq. Biz hər iki tərəfi tez bir zamanda mövcud humanitar problemləri həll etməyə, hamının hamıya prinsipi əsasında hərbi əsirləri mübadilə etməyə, minalanmış ərazilərin xəritələrini tam həcmdə verməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR