Rusiya Prezidenti regionda vəziyyətin nizamlanmasında səylərinə görə Azərbaycan Prezidentinə təşəkkür edib - VİDEO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

© APA | Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

# 20 iyul 2021 23:24 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 22:53

Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Prezident Vladimir Putin deyib: “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR