Rusiya XİN: “Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası problemin uzunmüddətli həllinə kömək edə bilər”

Rusiya XİN: “Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası problemin uzunmüddətli həllinə kömək edə bilər”
# 06 noyabr 2021 01:26 (UTC +04:00)

Rusiya Azərbaycanla və Ermənistan sərhədinin demarkasiyasına dair danışıqların başlaması üçün kömək edə bilər.

APA-nın xəbərinə görə bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının ildönümü münasibəti ilə yaydığı bəyanatda deyilir.

Bəyanatda göstərilir: “10 noyabr bəyanatında çox vacib müddəa – regionda bütün iqtisadi və nəqliyyat blokadalarının açılması yer alıb. Hesab edirik ki, Azərbaycan-Ermənistan sərhədlərinin sonrakı demarkasiyası üçün delimitasiyasının aparılması problemin uzunmüddətli həllinə kömək edə bilər. Rusiya istənilən konsultativ hərəkətə, lazımi kartoqrafiya materiallarını verməyə və özünün zəngin demarkasiya təcrübəsini bölüşməyə hazırdır”.

Nazirlik daha sonra qeyd edir ki, Rusiya sərhədçiləri insidentlərin aradan qaldırılması üçün sərhədin ən problemli hissələrində xidmət aparırlar. Rusiya, Azərbaycan və Ermənistanın sərhəd qurumlarının əlaqələndirici şəxslərinin fasiləsiz informasiya mübadiləsi təmin edilib. Üçtərəfli qrupun fəaliyyəti də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üçün əsas elementlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR