Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır

Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır

© APA | Rusiya XİN

# 30 iyul 2021 14:18 (UTC +04:00)

"Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində silahlı insidentlər bizi ciddi narahat edir".

APA-nın Rusiyanın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycan Ermənistan sərhədindəki gərginliyi şərh edərəkən deyib.

"Son vaxtlar Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində insan tələfatına səbəb olan silahlı insidentlər bizi ciddi narahat edir. Ölənlərin ailələrinə başsağlığı veririk, yaralıların və xəsarət alanların tezliklə sağalmasını diləyirik.

Təəssüf ki, sərhəddə vəziyyət gərgin olaraq qalır. Tərəfləri vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə, ortaya çıxacaq bütün problemləri siyasi və diplomatik yolla həll etməyə çağırırıq.

Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşması üçün de-eskalasiya tədbirləri və sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə işlərin başlanması ilə bağlı bütün lazımi köməyi göstərməyə hazırdır.

Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası rəhbərlərinin 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzaladığı üçtərəfli bəyanatlarına uyğun olaraq Qafqazı sabitlik, təhlükəsizlik və firavanlıq regionuna çevirmək üçün fəal işləmək niyyətindəyik", - rusiyalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR