Rusiya XİN Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə münasibət bildirib - VİDEO - YENİLƏNİB

Rusiya XİN Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə münasibət bildirib - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB

© APA | Rusiya XİN

# 17 iyun 2021 17:31 (UTC +04:00)

“Biz Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağı düzgün hesab etmirik. Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq”. 

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə münasibət bildirərkən deyib. 

“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə İrəvan arasında, o cümlədən İrəvan-Ankara dialoqunun normallaşmasına yönəlmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR