Rusiya XİN Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 21 oktyabr 2021 17:36 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

“Rusiyanın vasitəçilik səyləri ilə ümumilikdə ötən ilin dekabrından başlayaraq 122 nəfər saxlanılan şəxsin mübadiləsi həyata keçirilib. Ermənistana 105 nəfər, Azərbaycana isə 17 nəfər qayıdıb. Bakı ilə İrəvanın münasibətlərinin normallaşması üçün bütün lazımi köməyi bundan sonra da göstərmək niyyətindəyik”, - Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova dünən Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirləri müavinləri səviyyəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiya və iqtisadi əlaqələrin bərpa olunması üzrə Üçtərəfli İşçi Qrupun sayca səkkizinci iclasının keçirildiyini xatıladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR