Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədindəki insidentlər siyasi və diplomatik yolla həll olunmalıdır

Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədindəki insidentlər siyasi və diplomatik yolla həll olunmalıdır

© APA | Rusiya Xarici İşlər Nazirliyi

# 22 iyul 2021 18:16 (UTC +04:00)

“Rusiyanın Azərbaycan və Ermənistanla yaxın əlaqələri var. Rusiya Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə böyük diqqət ayırır. Həmçinin, Rusiya sülhməramlı qüvvələrinin olduğu Dağlıq Qarabağdakı vəziyyət də diqqətimizdədir”. 

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, Rusiya regionda sabitliyin qorunmasına və dinc həyatın Dağlıq Qarabağa qaytarılmasına mühüm töhfə verir. 

“Humanitar vəziyyətin normallaşmasında iştirak edirik. Eyni zamanda, Bakı və İrəvan arasında etibarın artırılmasına kömək edirik. Gələcəkdə BMT və UNESCO-nun missiyalarının bölgəyə girişinin təminatına dəstək verəcəyik. Əlbəttə ki, Azərbaycanla Ermənistan sərhədində regional vəziyyətə aktiv təsir göstərən və tərəflər arasında dialoqa kömək etməyən hər hansı eskalasiya bizi narahat edir. Bu, mülki vətəndaşlar arasında itkilərə gətirib çıxarır. 

Bizim mövqeyimiz aydındır: sərhəddəki insidentlər siyasi və diplomatik yolla həll olunmalıdır. Qarşıdurma yaradan narrativlərdən çəkinməyin və qarşılıqlı qəbul olunan kompromislər tapmağın tərəfdarıyıq. Hər iki tərəfə də söylədiyimiz budur. Davamlı de-eskalasiyanın Azərbaycan və Ermənistan sərhədində münasibətlərin normallaşmasına yönəlmiş davamlı səylərlə təmin edilə biləcəyinə əminik. Bizdə kartoqrafik materiallar var ki, bu, tərəflər arasında münasibətlərin inkişafına kömək edəcək. Hər iki tərəfin nazirlikləri ilə yaxın təmasdayıq”, - deyə M. Zaxarova vurğulayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR