Rusiya XİN: Ermənistanda yeni hökumətin formalaşmasını gözləmək lazımdır

Rusiya XİN: Ermənistanda yeni hökumətin formalaşmasını gözləmək lazımdır
# 23 iyun 2021 18:46 (UTC +04:00)

“Ermənistanda yeni hökumətin formalaşmasını gözləmək lazımdır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Rusiya Ermənistandan Cənubi Qafqazdakı öhdəlikləri ilə bağlı nələri gözləyir?” sualına cavabında deyib.

“Hazırda Ermənistan rəhbərliyinin ölkə qanunvericiliyinə müvafiq olaraq yeni tərkibinin formalaşması gedir. Ona görə də, bu prosesin bitməsini gözləmək lazımdır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR