Rusiya XİN: Qarabağda prioritet üçtərəfli bəyanatların həyata keçirilməsidir

Rusiya XİN: Qarabağda prioritet üçtərəfli bəyanatların həyata keçirilməsidir
# 04 avqust 2021 23:44 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsi rayonunda vəziyyətin normallaşması ilə bağlı səylər çərçivəsində prioritet 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsidir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı ssesisyasında Rusiyanın mövqeyi ilə bağlı yaydığı bəyanatda bildirilib.

"BMT agentliklərinin, xüsusilə də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin Rusiyanın sülhməramlı əməliyyatının keçirildiyi zonada humanitar fəaliyyətə qoşulmasını faydalı hesab edirik. BMT agentliklərininin mümkün işlərinin parametrləri Bakı və İrəvanla birbaşa koordinasiyalı şəkildə razılaşdırılmalıdır", - deyə Rusiya XiN məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR