Rusiyalı ekspert Serqey Strokan: “Normal insan Ağdamda bu dağıntıları görəndə şoka düşməlidir”

Serqey Strokan, Rusiyanın “Kommersant”  nəşrinin şərhçisi

© APA | Serqey Strokan, Rusiyanın “Kommersant”  nəşrinin şərhçisi

# 20 noyabr 2021 14:30 (UTC +04:00)

“İstənilən normal insan Ağdamda bu dağıntıları görəndə şoka düşə bilər və düşməlidir”.

APA-nın məlumatına görə, bunu Ağdamda səfərdə olan Rusiyanın “Kommersant” nəşrinin şərhçisi Serqey Strokan bildirib.

Serqey Strokan abidələrin siyasətçilərin ambisiyanın girovuna çevrilməsinin, bütün bəşəriyyətə məxsus olan və insanları birləşdirməli olan mədəniyyət obyektlərinin dağıdılmasının başa düşülmədiyini vurğulayıb: “İnsanlar artıq bura gəlir, burada həqiqətən nə baş verdiyini görürlər. Bura gələn insanlar bu daşları görməli, bu daşların, torpaqların ağrısını hiss etməlidirlər”.

“Kommersant” nəşrinin şərhçisi qeyd edib ki, 44 günlük müharibədən sonra hazırda Cənubi Qafqazda yeni reallıq formalaşır: “Bu reallıq sülhə doğru irəliləyişdir. Biz artıq azad edilmiş ərazilərdə çox ciddi dəyişiklik görürük, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, daha iki aeroport tikilir. Mən bu ilin yayında Şuşada da olmuşdum, indi Ağdama gəlmişəm. Mən yayda Şuşada olarkən necə bərpa-quruculuq işlərinin aparılmasının şahidi olmuşam. Mən bu gün Ağdamda da inşaat texnikalarını görürəm. Bunun özü də göstəricidir. Əgər özgə torpağıdırsa, 5, 10, 20, 30 il qala bilər. Əgər sənin öz torpağındırsa, gecə-gündüz işləyə bilərsən. Bu gün aparılan tikinti işlərinin həcmi də bu torpaqların kimin üçün doğma, kimin üçün yad olduğunun bir göstəricisidir. Mən ümid edirəm ki, 10-15 il sonra bura gələrkən başqa reallıqla qarşılaşacam, böyük yaşayış məntəqələri görəcəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR