Rusiyalı politoloq: “Ermənistan sərhəddəki təxribatlarla məğlubiyyətini kompensasiya etməyə çalışır”

Rusiyalı politoloq: “Ermənistan sərhəddəki təxribatlarla məğlubiyyətini kompensasiya etməyə çalışır”

© APA | Aleksey Malaşenko

# 11 iyun 2021 12:17 (UTC +04:00)

“Ermənistanın sərhəddə törətdiyi təxribatlara normal hal kimi baxmaq lazımdır. Çünki onlar müharibəni uduzublar və bunu Ermənistanda da yaxşı başa düşürlər. İndi Ermənistan sərhəddə törətdiyi təxribatlarla məğlub olduğu müharibəni bir növ kompensasiya etməyə çalışır”. 

Bunu APA-nın Moskva müxbirinə rusiyalı politoloq Aleksey Malaşenko deyib.  

“Azərbaycanın sərhəddə baş verənlərə təmkinli yanaşması onu göstərir ki, daha müharibə olmayacaq” 

O, Azərbaycan sərhədində baş verənlərin, terror və diversiya aktlarının birbaşa Ermənistanın mərkəzi hakimiyyəti tərəfindən törədildiyini düşünmür: “Bunu törədənlər müharibə nəticəsində özlərini alçaldılmış, məğlub hiss edən insanlardır. Hesab edirəm ki, Ermənistan tərəfindən bu kimi addımlar davam edəcək və bu qaçılmazdır. Çünki müharibə baş verib. Əsas məsələ buna Azərbaycanın necə münasibət göstərəcəyidir. Müşahidələr onu göstərir ki, Azərbaycan baş verənlərə çox təmkinli yanaşır. Bu isə o deməkdir ki, daha müharibə olmayacaq və bu, ən başlıcasıdır”. 

“İrəvan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməlidir” 

A. Malaşenko Ermənistanın minalanmış ərazilərin xəritəsinin Azərbaycana qaytarmasının vacib olduğunu vurğulayıb: “O ki qaldı Ermənistanın minalanmış ərazilərin xəritələrinin qaytarması məsələsinə, İrəvan bu xəritələri Azərbaycana təhvil verməlidir. Bunun üçün Rusiya var. Hesab edirəm ki, burada üçlü formatda, Bakı-Moskva-İrəvan üçlüyü razılığa gəlməlidir. Çünki biz minalanmış ərazilərin nə olduğunu yaxşı bilirik. Şimali Qafqazda, Suriyada öz təcrübəmizdən minalanmış ərazilərin nə demək olduğunu anlayırıq. Ona görə də, hesab edirəm ki, minalanmış ərazilərin xəritəsi Azərbaycana təhvil verilməlidir. Ermənistan bunu nə qədər tez etsə, bir o qədər yaxşı olar”.   

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR