Rusiyalı yeni həmsədr Ermənistana səfər edib

İqor Xovayev

© APA | İqor Xovayev

# 06 sentyabr 2021 13:30 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayev Ermənistanda səfərdədir.

APA-nın məlumatına görə, bu gün o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Ermənistan XİN görüşün digər detallarını açıqlamayıb.

Qeyd edək ki, İ. Xovayev avqustun 31-də Bakıya səfər edərək, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR