Rusiyanın satınalma üzrə vahid informasiya saytında Azərbaycana qarşı təxribata yol verilib

Rusiyanın satınalma üzrə vahid informasiya saytında Azərbaycana qarşı təxribata yol verilib
# 03 sentyabr 2021 15:24 (UTC +04:00)

Rusiyanın satınalma sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında Azərbaycana qarşı təxribata yol verilib.

APA-nın xəbərinə görə, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tender elan edilib.

Tender elanında Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunun hərtərəfli saxlanmasının təşkili və keçirilməsi üçün xidmətlərin göstərilməsi”, - deyə tender elanında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR