Sabiq Prezident Rosen Plevnelievin Bakıdakı açıqlaması Bolqarıstanın erməni icmasını hiddətləndirib

Rosen Plevneliev

© APA | Rosen Plevneliev

# 18 noyabr 2021 14:33 (UTC +04:00)

VIII Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevnelievin Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etdiyi, öz ərazilərini 30 illik işğaldan sonra azad etməyə müvəffəq olduğunu və tarixi ədaləti bərpa etdiyini, Azərbaycanın Qarabağ regionunda işğal dövründə bütün mədəni və dini abidələrin dağıdıldığını, hazırda isə orada yenidənqurma və bərpa işlərinin aparıldığını, eləcə də regionda əməkdaşlıq üçün yeni imkanların açıldığına dair Azərbaycan mətbuatına verdiyi müsahibələrlə əlaqədar Bolqarıstanın erməni icması kəskin bəyanatla çıxış edərək, R. Plevnelievin ictimai qınanması və pislənilməsi məqsədilə Bolqarıstanın Prezidenti Rumen Radevə və ölkə ictimaiyyətinə müraciət edib.

Bu barədə APA-ya Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

“Buna cavab olaraq Bolqarıstanda yaşayan azərbaycanlılar cavab bəyanatı ilə çıxış edib və yerli erməni icmasının nifrət və təhrifdən ibarət bəyanatının millətlərarası nifaqın alovlandırılmasına xidmət etdiyini və elementar etik prinsiplərindən uzaq olduğunu bildirərək, 30 il ərzində Azərbaycan Respublikasının ərazilərinin Ermənistanın təcavüzü nəticəsində işğal altında qalması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin bu müddət ərzində icra edilməməsi, yüz minlərlə Azərbaycanlının Ermənistan tərəfindən tətbiq edilmiş etnik təmizləməyə məruz qalması faktlarını vurğulayıb. Qeyd olunub ki, yerli erməni icması keçmiş münaqişəni dini qarşıdurma kimi təqdim etmək istəyir, lakin onun əsasını Ermənistanın haqsız ərazi iddiaları və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini ilhaq etmək niyyəti təşkil edib. Azərbaycan multikultural dəyərlərə xüsusi önəm verən dövlət olduğu və ölkə ərazisində çoxsaylı xristian icmasının, o cümlədən bolqar icmasının nümayəndələrinin sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində yaşadığı və Azərbaycan və Erməni xalqları arasında yaxınlaşmanın və barışın əldə edilməsi üçün Erməni cəmiyyətində müdriklik və uzaqgörənlik, həmçinin mehriban qonşuluq təfəkkürü üstünlük təşkil etməlidir. Bolqarıstanın Azərbaycan icmasının bəyanatı Bolqarıstan mətbuatında geniş yayılıb”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR