Sahibə Qafarova: “Bəzi beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi yolverilməzdir”

Sahibə Qafarova, Milli Məclisin sədri

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 29 oktyabr 2021 11:11 (UTC +04:00)

“Bəzi beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən hələ də “Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi yolverilməzdir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bunu Yunanıstanda keçirdiyi bütün görüşlərdə qeyd etdiyini bildirib: “Düşünürəm ki, Yunanıstan səfərimiz çox uğurlu keçdi. Orada görüşdüyüm bütün rəsmilərin diqqətinə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfəri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücünə təmin etdiyini diqqətə çatdırdım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR