Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib

Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib
# 05 avqust 2021 20:40 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

APA xəbər verir ki, avqustun 5-də nümayəndə heyətimiz İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.

İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR