Sahibə Qafarova İstanbulda səfərdədir - YENİLƏNİB

Sahibə Qafarova İstanbulda

© APA | Sahibə Qafarova İstanbulda

# 08 dekabr 2021 18:15 (UTC +04:00)

Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, İstanbul Atatürk hava limanında nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TBMM-in Milli Məclislə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin İƏT Pİ-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

***

saat 14:53

Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyəyə səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

Sahibə Qafarova İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 16-cı Konfransında iştirak edəcək.

Qeyd edək ki, səfər dekabrın 11-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR