Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başlayıb

Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başlayıb
# 28 iyun 2021 22:04 (UTC +04:00)

İyunun 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

APA xəbər verir ki, “Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin nümayəndə heyətinin Budapeştdə rəsmi görüşləri başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR