Sahibə Qafarovaya L.Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri professoru adı verilib

Milli Məclisin sədri Sahibə Qafarova, L.Qumilyov adına Avrasiya Milli Universiteti

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, L.Qumilyov adına Avrasiya Milli Universiteti

# 29 sentyabr 2021 18:58 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nursultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetinin 25 illik yubiley mərasimində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yubiley mərasimində L.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, tarix elmləri doktoru, akademik, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Erlan Sıdıkov Azərbaycan Milli Məclisinin sədrini auditoriyaya təqdim edib.

Sahibə Qafarova yubiley mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Fəxri professoru olduğu bu universitetdə mühazirə oxumaqdan şərəf duyduğunu vurğulayıb. Sahibə Qafarova L.Qumilyov adına Avrasiya Milli Universitetinin yubileyində mühazirə oxuyub.

Sonra tədbirdə çıxış edən rektor Erlan Sıdıkov L.Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasinin qərarı ilə professor Sahibə Qafarovaya bu nüfuzlu elm ocağının Fəxri professoru adının verildiyini bildirib.

Milli Məclisin xatirə hədiyyələri təqdim olunub.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova yerli KİV nümayəndələrinə müsahibə verib, Qazaxıstana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR