Şarl Mişel: “Əgər biz sülh, stabillik və rifah istəyiriksə, qonşularımızla işləməliyik”

Şarl Mişel

© APA | Şarl Mişel

# 30 noyabr 2021 14:11 (UTC +04:00)

“Əgər biz sülh, stabillik və rifah istəyiriksə, qonşularımızla işləməliyik”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nun illik assambleyasına video-müraciətində deyib.

“Qonşular həmişə vacibdir. Əgər biz sülh, stabillik və rifah istəyiriksə, qonşularımızla işləməliyik. Tarix bizə bu bu dərsi öyrədib və “Şərq Tərəfdaşlığı” 12 ildən artıq bir müddətdir ki, bu sadə nümunənin sübutu olub”, -deyə o bildirib.

Şarl Mişel qeyd edib ki, iqtisadi böhranlara, silahlı münaqişələrə, COVID-19 pandemiyası kimi çətinliklərə baxmayaraq, Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq inkişaf edib. O deyib ki, bu ölkələrdə seçki sistemlərinin inkişafı, adminsitrativ islahatlar, məhkəmə sistemlərinin müstəqilliyi, korrupsiya ilə mübarizə və s. sahələrdə uğurlu işlər görülüb: “Lakin hər kəs bilir ki, problemlər hələ də var və biz onların həlli istiqamətində qətiyyətliyik. Demokratiyanın gücləndirilməsi, korrupsiya ilə mübarizə, qanunun aliliyini müdafiə etmək, azad mediaya zəmanət, dezinformasiya ilə mübarizə, bütün bunlar çətin bir savaşdır. Lakin vacib və dəyəri olan bir savaşdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR