Səfir: “ABŞ Azərbaycan və Ermənistan arasında tənzimlənməmiş məsələlərin həllinə töhfə verir”

Li Litzenberqer

© APA | Li Litzenberqer

# 04 oktyabr 2021 12:47 (UTC +04:00)

ABŞ Azərbaycan və Ermənistan tərəfləri arasında tənzimlənməmiş məsələlərin həllinə töhfə verir.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərin suallarını cavablandırarkən deyib.

Səfir xatırladıb ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb.

Diplomatın sözlərinə görə, ABŞ həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm birtərəfli formatda tərəfləri bir araya gətirib tənzimlənməmiş məsələlərin həllinə töhfə verir.

Li Litzenberqer vurğulayıb ki, ki, birtərəfli təşəbbüslər çərçivəsində Azərbaycanda saxlanılan şəxslərin qaytarılması qarşılığında Ermənistan mina xəritələrinin bəzilərini qaytarıb.

ABŞ səfiri onu da qeyd edib ki, Azərbaycan və Ermənistan arasında hələ də bir çox məsələlər tənzimlənməyib: “Mən əvvəlcədən tənzimlənməmiş məsələlərin necə həll olunacağına dair proqnoz verə bilmərəm. ABŞ olaraq tərəfləri bir araya gətirməyə çalışırıq ki, bu məsələlər ədalətli və bərabərhüquqlu şəkildə tənzimlənsin. Bilirəm ki, bunun üçün müəyyən zaman və proseslər lazım olacaq. Biz öz tərəfimizdən əməkdaşlıq etməyə və tərəflərə bu istiqamətdə kömək etməyə davam edəcəyik ki, regionun əhalisi və ölkələri dinc və birgə şəraitdə yaşaya bilsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR