Səfir: "Alman xalqı öz iradəsi ilə siyasi və ərazi bölgüsünü aradan qaldırdı"

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq

© APA | Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq

# 02 oktyabr 2021 14:31 (UTC +04:00)

"Alman xalqı öz iradəsi ilə siyasi və ərazi bölgüsünü aradan qaldırdı".

APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Alman Birliyi Günü ilə bağlı müraciətində deyib.

"Oktyabrın 3-də Almaniya milli bayramını - Alman Birliyi Gününü qeyd edir. Yaxın tariximizin ən xoşbəxt anlarından birini xatırlayırıq: 1990-cı ildə, Berlin divarının dağılmasından cəmi bir neçə ay sonra Qərbi və Şərqi Almaniya yenidən birləşməyə nail oldu. Almaniya xalqı öz iradəsi ilə siyasi və ərazi bölgüsünü aradan qaldırdı", -deyə səfir Maniq bildirib.

Diplomat qeyd edib ki, iki böyük güc bloku arasındakı qarşıdurmanın sona çatmasından yalnız alman xalqı faydalanmayıb, Mərkəzi və Şərqi Avropadakı xalqlar da öz siyasi gələcəyini təyin etmək şansına sahib olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR