Səfir: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aktiv rol oynamaq istəyini nümayiş etdirir”

Səfir Li Litzenberqer

© APA | Səfir Li Litzenberqer

# 10 sentyabr 2021 12:04 (UTC +04:00)

“COVID-19 pandemiyasının qlobal bazara təsiri misilsiz olmuşdu. Keçən il neft və qaza tələbat rekord həddə enmişdi. Virusun yayılmasının qarşını almaq üçün görülən tədbirlər bazarın nizamını pozmağa davam edir”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ADA Universitetində keçirilən Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışında deyib.

Səfirin sözlərinə görə, bu ilin yanvar ayında Bayden Administrasiyası hakimiyyətə gələndə Prezident açıq şəkildə bildirib ki, iqlim dəyişikliyi və bərpa olunan texnologiyaların inkişafı ABŞ-ın xarici siyasətində əsas məsələlərdən olacaq: “Bu öhdəliyin bir sübutu kimi Prezident Bayden vəzifəyə başladığı ilk gündə Amerika Birləşmiş Ştatlarının yenidən iqlim dəyişikliyi ilə bağlı “Paris müqaviləsi”nə qoşulması ilə bağlı icraedici sərəncam imzaladı. ABŞ qlobal bazarda bərpa olunan enerjinin inkişafı və karbon emissiyalarının azaldılmasına sadiqdir.

ABŞ bizim G7-də olan və ondan kənar tərəfdaşlarımızla birgə dünyada bərpa olunan enerji infrastrukturu və texnologiyasının inkişafına dəstək olmağa davam edəcək. Azərbaycanın nəhəng günəş və külək enerji potensialı var. Daha da vacibi Azərbaycanda gələcəkdə Avropa bazarına hidrogen tədarükçüsü olması üçün əsas infrastruktur mövcuddur.

Yeni külək və günəş enerjisi layihələri Azərbaycanın öz enerji resurslarını şaxələndirməyə sadiqliyini göstərir, onun iqlim dəyişikliyi ilə mübarizədə aktiv rol oynamaq istəyini nümayiş etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR