Səfir: “Azərbaycan Prezidentinin göstərişi ilə Gürcüstanda olan şəhid ailələrinin həyat şəraiti diqqətdə saxlanılır”

Faiq Quliyev

© APA | Faiq Quliyev

# 04 noyabr 2021 12:54 (UTC +04:00)

“Ötən bir il ərzində Gürcüstanda yaşayan soydaşlarımız bizi tək qoymadı, hər zaman Azərbaycana mənəvi dəstək verdi, ürəyiniz bizimlə döyündü”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan 22 Qarabağ şəhidinin ailə üzvləri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, istər müharibə dövründə, istərsə də müharibədən sonra Marneuli və Gürcüstanın digər bölgələrində keçirilən dəstək aksiyalarında siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycanla həmrəylik nümayiş etdirib.

Səfir qeyd edib ki, Azərbaycan Prezidentinin göstərişi ilə Gürcüstanda olan Qarabağ şəhidi ailələrinin, eləcə də bütün soydaşlarımızın həyat şəraiti diqqətdə saxlanılır və bundan sonra da bütün zəruri dəstək göstəriləcək.

F. Quliyev əlavə edib ki, Gürcüstandan olan Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə artıq sənədli film hazırlanıb, eləcə də tezliklə şəhidlərə həsr edilmiş kitabların təqdimatı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR