Səfir: “Azərbaycanın göndərəcəyi peyvənd 20 min qırğızıstanlını pandemiyanın risklərindən qoruyacaq” - EKSKLÜZİV

Kayrat Osmonaliyev

© APA | Kayrat Osmonaliyev

# 16 iyul 2021 16:08 (UTC +04:00)

“Büdcə kəsirinə baxmayaraq, belə çətin epidemioloji vəziyyətdə Qırğızıstan vətəndaşlarının həyatını və təhlükəsizliyini təmin etmək üçün Çin və Rusiyadan peyvəndlər alır”.

Bunu APA-ya açıqlamasında Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev deyib.

Səfir bildirib ki, buna görə də Qırğızıstan qardaş Azərbaycanın təmənnasız olaraq yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 40 min “AstraZeneca” peyvəndinin verilməsində göstərdiyi dəstəyə görə çox minnətdardır.

“Düşünürəm ki, bu 20 min qırğızıstanlını pandemiyanın risklərindən qoruyacaq. Yaxın gələcəkdə dostluq və strateji tərəfdaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək bu köməyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

Qeyd etmək istərdim ki, bu, COVID-19 pandemiyası dövründə Azərbaycan tərəfindən edilən yardım deyil. Belə ki, ötən ilin aprelində Bakıdan Bişkekə 64 ton müxtəlif tibbi, fərdi mühafizə və antiseptik vasitələr göndərilib. Mövcud peyvənd partiyası barədə razılıq bu ilin iyul ayının əvvəlində Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevin Bakıya rəsmi səfəri zamanı əldə edilib. Əminəm ki, bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksəlməkdədir və tezliklə bu, öz müsbət nəticələrini verəcək”, - deyə diplomat vurğulayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR