Səfir: “Beş il əvvəl baş verənlər Türkiyə üçün vətən müharibəsi idi”

Səfir: “Beş il əvvəl baş verənlər Türkiyə üçün vətən müharibəsi idi”
# 14 iyul 2021 17:59 (UTC +04:00)

“Türkiyə 15 iyul hadisələrindən çox şey öyrəndi, dərs aldı”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “15 iyul - Demokratiya və Milli Birlik Günü" münasibətilə səfirlik tərəfindən videokonfrans formatında keçirilən anım tədbirində deyib.

“Biz diplomatlar olaraq bu dərsdən çıxardığımız nəticələri dünyanın müxtəlif nöqtələrindəki tərəfdaşlarımızla, dostlarımızla və qardaşlarımıza paylaşmalıyıq”, - deyə türkiyəli diplomat bildirib.

Səfir qeyd edib ki, 5 il əvvəl baş verənlər Türkiyə üçün vətən müharibəsi idi: "Türkiyə xalqı bayraq, dövlət, millət anlayışlarını qorumaq üçün müqavimət göstərdi. Necə ki, Azərbaycan Qarabağı, öz ata-baba torpaqlarını geri qaytarmaq üçün savaşdı, bu torpaqları Ermənistanın işğalından azad etdi, biz də 5 il əvvəl Türkiyəyə qarşı yönəlmiş hadisələrə qarşı xalq olaraq iradə göstərib “Dur!” dedik. Bu an bizim üçün vacibdir. Türkiyə Prezidentinin çağırışı ilə millət meydana axışdı, seçilmiş hökumətə sahib çıxdı. Bu çevriliş cəhdinə qarşı canlarını ortaya qoyub şəhid olan qəhrəmanlarımız var ki, onları heç vaxt unutmayacağıq. Biz 251 şəhid verdik, 2193 qazimiz var”.

Tədbirdə Yıldırım Beyazıt Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Prof. Birol Akgün, İstanbul Universitetinin prorektoru Prof. Dr. İlyas Topsakal və digərləri çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR