Səfir Britaniya və Azərbaycanın minatəmizləmə sahəsində əməkdaşlığından məmnundur

Britaniya səfiri Ceyms Şarp

© APA | Britaniya səfiri Ceyms Şarp

# 12 oktyabr 2021 15:26 (UTC +04:00)

Minaların təmizlənməsi prosesində Böyük Britaniya BMT vasitəsilə Azərbaycana maliyyə dəstəyi göstərir.

APA-nın xəbərinə görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında bildirib.

Səfir “Links Europa” qeyri-hökumət təşkilatının təşkil etdiyi “Azərbaycanda Minaların Aradan Qaldırılması Problemləri” adlı tədbirdə çıxış etdiyini qeyd edib.

“Britaniya BMT vasitəsilə artıq Azərbaycana maliyyə dəstəyi göstərir. Britaniya təşkilatları mina təmizləmə sahəsində dünya liderləridir və ANAMA ilə mütəxəssis səviyyəsində inkişaf edən güclü əlaqələrdən məmnunam”, - diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR