Səfir: “Həm Azərbaycan, həm də bölgənin digər ölkələrində insanlara kömək etmək istəyirik ki, sülh içərisində yaşasınlar”

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə

© APA | İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə

# 02 noyabr 2021 11:53 (UTC +04:00)

“Bir il əvvəl bura səfər etmiş, burada dayanmış, mülki insanların yaşadığı əraziyə endirilən zərbələrin nəticələri ilə tanış olmuşdum. Bir il sonra yenə bura gəldim və dağıntıların yerində ümid və gələcəyə baxış gördüm”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Səfir Gəncədə zərbələrə məruz qalan insanların qorxmadığını, həyata davam etdiklərini bildirib: “Dövlət də, hökumət də insanlara kömək edərək ərazini bərpa edir, yeni yaşayış binaları tikir”.

C. Dik Gəncəyə səfər çərçivəsində uşaq evinə gedəcəklərini söyləyib: “Uşaqlara İsraildən hədiyyələrimiz var. Həmçinin onların ehtiyacı olan istilik sistemini gətirmişik. Bu, simvolik bir jestdir. Dostluğumuzu, həmrəyliyimizi göstərmək üçün burdayıq. Bir il əvvəl bura gələndə, zərbələrdən zərər çəkən insanlarla görüşəndə onlara kömək etdik, onlara istilik qurğuları gətirmişdik. Bugünkü səfər çərçivəsində də oxşar şeylər edirik, amma bunun mahiyyəti tamamilə fərqlidir. Çünki biz o vaxt zərər çəkən insanlara kömək edirdik, indi isə gələcəyə ümidlə baxan insanlara gələcək qurmağa kömək edirik.

44 günlük müharibənin 1 illiyini qeyd edəndə biz daha yaxşı, sülh dolu gələcək qurmağa çalışırıq. Həm Azərbaycanda, həm də bölgənin digər ölkələrində insanlara kömək etmək istəyirik ki, sülh içərisində yaşasınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR