Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib - VİDEO

Seyid Abbas Musəvi

© APA | Seyid Abbas Musəvi

# 24 sentyabr 2021 19:15 (UTC +04:00)

“İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: “Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR