Səfir: “İsrail aviaşirkətləri payızda Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır”

İsrail səfiri Corc Dik

© APA | İsrail səfiri Corc Dik

# 25 avqust 2021 16:49 (UTC +04:00)

Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb.

İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.

AZAL rəhbəri qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən iki ölkə arasında bağlanan hava sərhədləri açıldıqdan sonra, “Azərbaycan Hava Yolları” həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.

Corc Dik isə vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri “ISR Air” və “Arkia Airlines” Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.

Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR