Səfir: “Pakistan azad olunmuş ərazilərin bərpasında Azərbaycanla işləməyə hazırdır”

Pakistan səfiri Bilal Hayee

© APA | Pakistan səfiri Bilal Hayee

# 12 oktyabr 2021 15:39 (UTC +04:00)

Pakistan işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində və oranın inkişafı prosesində Azərbaycanla işləməyə istəklidir və hazırdır.

APA-nın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı tədbirdə bildirib.

Səfir qeyd edib ki, qarşıda görüləcək işlər çoxdur, bura ərazilərin minalardan tamamilə təmizlənməsi, infrastrukturun yenidən qurulması və inkişafı, məcburi köçkünlərin öz evlərinə geri dönməsi və s. aiddir.

Diplomat vurğulayıb ki, yenidənqurma və bərpa prosesinin bütün mərhələlərində Pakistan Azərbaycanın yanında olmağa və bu proseslərdə aktiv iştirakçı olmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR