Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı

© APA | Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı

# 31 iyul 2021 11:51 (UTC +04:00)

"Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır".
APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışında çıxışı zamanı deyib.

"44 günlük müharibə dövründə də və müharibədən sonra bizim ürəklərimiz sizinlə döyünürdü və hər zaman birgə döyünəcək. Necə ki, hər bir pakistanlının ürəyində Qarabağ dərdi vardı, bu dərdi hiss edirdi, hər bir azərbaycanlı da Kəşmir dərdini ürəyində daşıyır. Sizi təbrik edirəm ki, Qarabağ artıq azaddır. Sizdən xahiş edirəm,, dua edin ki, Kəşmir də bir gün azad olsun. Mənim arzumuzdur ki, Kəşmirin azadlığınızı sizinlə birgə qeyd edək", -deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR