Səfir: “Son illər Azərbaycan-Hindistan əlaqələri daha da güclənib” - FOTO

Səfir: “Son illər Azərbaycan-Hindistan əlaqələri daha da güclənib” - FOTO
# 16 sentyabr 2021 17:55 (UTC +04:00)

“Azərbaycan və Hindistan arasında tarixi bağlar var. Son illər əlaqələrimiz daha da güclənib”.

APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Günü (ITEC) ilə bağlı keçirilən tədbirdə deyib.

Səfir bildirib ki, ITEC çərçivəsində hər il müxtəlif ölkələrdən olan iştirakçılara 14 mindən çox yer təklif olunur və onlara Hindistanın universitetlərində qısa, orta və uzun müddətli təlimlər keçirilib.

Diplomatın sözlərinə görə, son bir il ərzində Azərbaycandan 90-dan çox dövlət qulluqçusu onlayn formatda keçirilən təlimlərdə iştirak edib.

O qeyd edib ki, pandemiyadan əvvəl isə hər il 20-30 arası azərbaycanlı bu proqram çərçivəsində Hindistandakı təlimlərə qatılıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, bu proqram çərçivəsində Azərbaycandan olan iştirakçılar öz bilik və bacarıqlarını inkişaf etdirib.

Millət vəkili Soltan Məmmədov Azərbaycanın Hindistanla inkişaf layihələrinə xüsusi önəm verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR