Səməd Seyidov: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh sazişi imzalamalıdır"

Səməd Seyidov

© APA | Səməd Seyidov

# 27 sentyabr 2021 18:36 (UTC +04:00)

"Bu gün 27 sentyabrdır, bundan tam bir il öncə erməni səlahiyyətlilərinin provokasiyası nəticəsində Azərbaycan öz torpaqlarını geri almağa başladı. Çox maraqlıdır ki, erməni xalqı seçkilərdə müharibədə məğlub olmuş hökumətə səs verdi. Siz başqa ölkələrdə belə vəziyyətlə qarşılaşmısınızmı?"

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Büronun və Daimi Komitənin hesabatının müzakirəsində deyib.

Səməd Seyidov bildirib ki, Paşinyan 3 il əvvəl tarixi səhvə yol verib, ondan öncəki hökumətlərin etdiyi səhvləri təkrarlayıb: "Paşinyan Ermənistan xalqından mandat alaraq ölkədə sülh və əmin-amanlıq yaratmalı olduğu halda, tarixi bir səhvə yol verib və bunun nəticəsi olaraq biz Ermənistandakı hazırkı vəziyyəti görürük".

Səməd Seyidov qeyd edib ki, Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, revanşizim, müharibə, intiqam haqqında danışmağa başlayır, bu isə ölkənin hazırkı vəziyyətə düşməsinin, dağılmasının səbəbidir.

S. Seyidov bildirib ki, bundan çıxış yolu olaraq Ermənistan Azərbaycanla sülh sazişi imzalamalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR