Səməd Seyidov: “Türkiyə və Azərbaycan bu regionda reallığı həmişəlik dəyişdirdi”

Səməd Seyidov

© APA | Səməd Seyidov

# 15 sentyabr 2021 18:21 (UTC +04:00)

“Bu gün Şuşa Bəyannaməsi həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu deputat Səməd Seyidov Türkiyə Səfirliyində keçirilən tədbirdə deyib.

Deputat bildirib ki, ilk dəfədir Azərbaycan bu əlamətdar günü öz torpaq bütövlüyünü bərpa etmiş şəkildə qeyd edir: “Azərbaycan-Türkiyə münasibətləri bölgə, ölkə və dünya üçün əhəmiyyət kəsb edib. Ona görə də Türkiyə və Azərbaycanı bir-birindən ayırmaq istəyirlər. Amma buna nail ola bilmirlər. Bu gün parlamentdə keçirdiyimiz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” sənədi müzakirə etmişik. Bu artıq Şuşa bəyannaməsinin həyata keçirilməsidir. Biz birlikdə güclüyük. Biz düşünməməliyik ki, müharibədən sonra hər şey bitib, əsla yox. Düşmən yatmır. Düşmən əlindən gələni edir ki, yenə də burada dava olsun, burada sülh olmasın. Ancaq keçməz. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Türkiyə və Azərbaycan həmişəlik bu regionda reallığı dəyişdirdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR