Şərəf Malkoç: "Azərbaycan, Türkiyə və Pakistan arasındakı həmrəylik sülh və əmin-amanlığın artmasına səbəb olacaq"

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

© APA | Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

# 15 sentyabr 2021 11:39 (UTC +04:00)

"Azərbaycan, Türkiyə və Pakistan arasındakı həmrəylik qarşıdakı illərdə həm İslam ölkələri, həm də dünyada sülh və əmin-amanlığın artmasına səbəb olacaq".

APA-nın məlumatina görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu əlaqələr ölkələrin iqtisadiyyatına da da öz təsirini göstərəcək: "Azərbaycanın nefti, qazı Türkiyə üzərindən tranzit olaraq dünyaya nəql olunur. Həmçinin Türkiyənin malları da Azərbaycan üzərindən müxtəlif vasitələrlə, xüsusilə Asiya ölkələrinə göndəriləcək. Bu dostluğu təkcə hərbi sahədə deyil, digər sahələrdə də inkişaf etdirməliyik. Burada QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Çünki bu birlik Qafqaza, Kəşmirə, Anadoluya sülh gətirəcək. İƏT olaraq bunu hədəf seçmişik. Səfərimizin də məqsədlərindən biri budur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR