Şərəf Malkoç: “Qarabağdakı dağıntılarla bağlı hazırlayacağımız hesabatlar beynəlxalq təşkilatlara göndəriləcək”

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

© APA | Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

# 15 sentyabr 2021 17:50 (UTC +04:00)

“Biz sabah Şuşa, Tərtər və Ağdama gedib Qarabağda olan dağıntılarla bağlı hesabat hazırlayacağıq, eyni zamanda, orada ermənilər tərəfindən basdırılan minalarla bağlı hesabatımız olacaq”.

APA-nın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Türkiyə Səfirliyində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu hesabatlar beynəlxalq təşkilatlara göndəriləcək: “Həmçinin Ermənistanın insanlığa qarşı cinayətləri ilə bağlı da hesabatımız olacaq. Bu hesabat beynəlxalq məhkəmələrə göndəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR