Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycan media mənsublarının minaya düşərək həlak olmasına münasibət bildirib

Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycan media mənsublarının minaya düşərək həlak olmasına münasibət bildirib
# 04 iyun 2021 21:05 (UTC +04:00)

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu gün Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan media nümayəndələrinin ölümünə münasibət bildirib.

APA-nın xəbərinə görə, bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı "Twitter"də qeyd edib. 

"Bu gün səhər iki azərbaycanlı jurnalist - AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Dağlıq Qarabağda tank əleyhinə mina partlayışında həlak olublar. Onlar azad olunmuş Susuzluq kəndindən reportaj hazırlamaq üçün göndərilmişdi.

Bu, keçən ilin payızında Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərdən bəri Dağlıq Qarabağda ilk jurnalist ölümüdür. Sərhədsiz reportyorlar bu dəhşətli xəbərdən kədərləndiyini ifadə edir və hər iki tərəfin səlahiyyətli nümayəndələrini bu ərazidə jurnalistləri qorumağa çağırır", - deyə təşkilat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR