"Şərq Tərəfdaşlığı" ölkələrinin iqtisadi rifahının yüksəldilməsi üçün 17 mlrd. avroluq proqram həyata keçiriləcək

Oliver Varhelyi

© APA | Oliver Varhelyi

# 02 iyul 2021 15:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin iqtisadi rifahının yüksəldilməsi üçün 17 milyard avro dəyərində yeni iqtisadi və investisiya proqramı həyata keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi “Twitter” hesabındakı paylaşımında bildirib.

“Bu gün biz 17 milyard avronun səfərbər edilməsi ilə iş yerləri və iqtisadi böyümənin stimullaşdırılmasına yardım edəcək, regiona firavanlıq gətirəcək ambisiyalı iqtisadi və investisiya planını irəli sürürük. Plan bütün "Şərq Tərəfdaşlığı" ölkələrini əhatə edir”, - deyə O. Varhelyi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR