Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 19 oktyabr 2021 13:14 (UTC +04:00)

Azərbaycan və Slovakiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Slovakiya istehsalı olan minatəmizləmə maşınlarının Azərbaycana gətirilməsi ilə bağlı müvafiq tərəflər arasında müqavilə imzalanıb.

XİN rəhbəri qeyd edib ki, minatəmizləmə maşınlarının ilk partiyası yaxın zamanda Azərbaycana gətiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR