Spiker İtaliyaya səfər zamanı aparılan müzakirələrdən danışıb

Spiker İtaliyaya səfər zamanı aparılan müzakirələrdən danışıb
# 21 may 2021 11:10 (UTC +04:00)

“İtaliyada səfərdə olarkən TAP layihəsinin reallaşmasının əhəmiyyətindən bəhs edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, İtaliya səfəri çərçivəsində bütün görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən müharibəsi barədə İtaliya tərəfinə məlumat verilib: “Yəqin siz xatırlayırsınız, ötən il İtaliya Senatının nümayəndələri Gəncədə səfərdə olub, ermənilərin törətdiyi dağıntıları öz gözləri ilə görüblər. Münaqişə başa çatdıqdan sonra da erməni tərəfinin qeyri-konstruktiv mövqe tutması İtaliya tərəfinə çatdırılıb. Bildirilib ki, hazırda Azərbaycan konstitusion hüququndan istifadə edərək sərhədlərin delimitasiyasını həyata keçirir. Azərbaycan 10 noyabr bəyanatındakı bütün bəndləri həyata keçirir. İtaliyaya səfər iki dost ölkə arasında münasibətlərin daha da inkişafı üçün potensial olduğunu ortaya qoydu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR